SON XƏBƏR

Boris Conson Kiyevdə: Hansı məsələlər müzakirə edildi

Aprel 09
19:51 2022
Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Qlobal.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisindən bildirilib.

Tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.

"Baş nazir Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək bu ölkəyə səfər edib. O, Zelenski ilə Ukraynaya uzunmüddətli dəstəyi müzakirə edib. Britaniya, həmçinin yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək", - Consonun sözçüsü bildirib.

Bir gün əvvəl Londonda Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında Conson bildirib ki, Böyük Britaniya Ukraynaya 100 milyon funt-sterlinq (130 milyon dollar) dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasını göndərəcək. Onun sözlərinə görə, söhbət yüksək dərəcəli silahlardan, o cümlədən "Starstreak” zenit raketlərindən ("Starstreak”) gedir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook