SON XƏBƏR

Boris Consonun Rusiyaya girişi qadağan edildi

Aprel 16
16:00 2022
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Baş naziri Boris Consona, hökumət üzvlərinə və keçmiş Baş nazir Tereza Meyə sanksiya tətbiq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Rusiya Böyük Britaniya rəhbərliyini Ukraynadakı müharibə ətrafında "vəziyyəti gərginləşdirməkdə” və onu öldürücü silahlarla təmin etməkdə ittiham edir.

Qərara əsasən, baş nazir Boris Conson, baş prokuror Dominik Raab, xarici işlər naziri Liz Trass, müdafiə naziri Ben Uolles və keçmiş baş nazir Tereza Meyin Rusiya Federasiyasına girişi qadağan edilib.

Siyahıda həmçinin nəqliyyat naziri Qrant Şapps, daxili işlər naziri Priti Patel, maliyyə naziri Rişi Sunak, müəssisələr naziri Kvazi Kvartenq, mədəniyyət naziri Nadin Dorris, müdafiə nazirinin müavini Ceyms Hippi, Şotlandiyanın birinci naziri Nikola Sturgeon və İngiltərə və Uels üzrə baş prokuror Svella Braverman da var.

Xatırladaq ki, aprelin 9-da Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə səfər edib və prezident Volodimir Zelenski ilə görüşüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook