SON XƏBƏR

Britaniya Əfqanıstanda terrorçuların hədəflərinə hava zərbələri endirməyə hazır olduğunu bildirib

Avqust 31
10:59 2021
"Böyük Britaniya Əfqanıstanda İŞİD-in hədəflərinə yeni hücumlar etməyə hazırdır”.

APA xəbər verir ki, bunu Britaniya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Maykl Uiqston "The Daily Telegraph" qəzetinə müsahibəsində bildirib.

"Nəticə etibarilə hər şey İŞİD-i məğlub etmək üçün qlobal koalisiyada rol oynaya bilməyimizə bağlıdır: istər zərbə endirməklə, istərsə də silahları müəyyən bir ölkəyə tez və lazımi miqdarda köçürməklə”, deyə Baş Qərargah rəisi vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook