SON XƏBƏR

Bu gün 300-dən çox “güzəştli mənzil”in satışına başlanır

Sentyabr 05
10:50 2018
"Çərşənbə günü Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) sərəncamında olan 324 güzəştli mənzilin satışı başlayır".

Bunu BBC News Azərbaycancaya Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyib.

O bildirib ki, mənzillərin satışı səhər saat 11-də başlayacaq və dekabrın 5-nə qədər davam edəcək".

"Satışlar "erkən gələnə erkən xidmət" prinsipi ilə olacaq. Yəni, satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxs onu almaq imkanı əldə edəcək", xanım Dadaşova deyib.

Ötən ilin mayında kütləvi daxilolma nəticəsində sistemin yüklənməsi, həmçinin bəzi vətəndaşların elektron imzadan istifadə zamanı texniki çətinliklərlə üzləşməsi kimi problemlərin təkrarlanmaması üçün sistemin dayanıqlığı artırılıb, MİDA sözçüsü deyir.

"Güzəştli mənzil" sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün təhlükəsizlik, gizlilik, proseslərin bütövlüyü, əlçatanlıq və fərdi məlumatların qorunması kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar aparılıb", Diana Dadaşova deyir.

Onun sözlərinə görə, "EY" beynəlxalq audit şirkəti "Güzəştli mənzil" sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı qiymətləndirmə aparıb və sistemin etibarlılığı təsdiqlənib.

Dekabrın 5-nə qədər davam edəcək prosesdə satışa çıxarılan 324 mənzilin 260-ı may ayında satış nəticələri ləğv olunmuş mənzillərdir.

"Güzəştli Mənzil" sistemi layihəsi çərçivəsində tikilən mənzillərin 260-ı Bakıda Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşir. Digər 64 mənzil isə eyni ünvanda tikilmiş 5-ci binadadır.

Mənzillər ilk dəfə 2018-ci il mayın 7-də satışa çıxarılmışdı. Lakin mənzil seçimi mərhələsində "Elektron hökumət" portalı kütləvi daxilolmaya görə yüklənmişdi.

Bundan başqa, bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi səbəbindən sistemdə problemlər yaranmışdı.

"Güzəştli mənzil" sistemində yaranmış xətayla bağlı 963 nəfərə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilmişdi.

Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş problemlərə görə əməliyyatı başa çatdıra bilməmişdi.

Mənzil İnşaatı Dövlət Agentliyi Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı ilə fəaliyyətə başlayıb.

Satışa çıxarılan mənzillərin seçiminin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu "Elektron hökumət" portalında yaradılan "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub (BBC Azərbaycan).

https://www.bbc.com/azeri/azerbaijan-45413951



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook