SON XƏBƏR

Bu gün Bakıda Avropa Liqasının finalı keçiriləcək

May 29
01:42 2019
Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulur. 

Qlobal.az xəbər verir ki, final qarşılaşması bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək.

Həlledici görüşdə azarkeşlər möhtəşəm London derbisinə şahidlik edəcəklər. İngiltərənin iki nəhəng komandası "Çelsi" ilə "Arsenal" paytaxtımızda münasibətlərinə aydınlıq gətirəcək.

"Çelsi" rəqibdən fərqli, Çempionlar Liqasına (ÇL) vəsiqə qazandığından, "Arsenal" üçün Avropa Liqasının qalibi olmaq ikiqat əhəmiyyət kəsb edir. Çünki Unay Emerinin yetirmələri yalnız bu yolla gələn mövsüm ÇL-də iştirak hüququ qazanacaq. Bununla Emeri həm də tarixə düşə bilər. "Sevilya" ilə 3 dəfə Avropa Liqasının qalibi olan ispaniyalı mütəxəssis bu gün Bakıdan eyni nailiyyətlə ayrılsa, turnirin 4 qat qalibi olacaq və yeni rekorda imza atacaq.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. "Çelsi"də Ruben Loftus-Çek, Kallum Hadson-Odoi, Antonio Rüdiger və Etan Ampadu Bakıda meydana çıxa bilməyəcək. Müdafiəçi Qari Keyhill və yarımmüdafiəçi Nqolo Kantenin durumu isə qeyri-müəyyəndi.

"Arsenal"a gəlincə, "topçular"da Aaron Remsi, Denis Suares, Ektor Bellerin, Rob Holdinq və Henrik Mxitaryanın komandaya kömək etməyəcəyi dəqiqdi. Hücumçu Danni Uelbekin iştirakı isə sual altındadı.

Avropa Liqası
2018/19 mövsümü
 
Final

29 may

23.00 Çelsi (İngiltərə) - Arsenal (İngiltərə)

Çelsi (Gözlənilən heyət): Kepa Arrisabalaqa, Sesar Aspilikueta , Andreas Kristiensen, David Luis, Markos Alonso, Mateo Kovaçiç, Jorjinyo, Ross Barkli, Pedro Rodriqes, Oliviye Jiru, Eden Azar.

Arsenal (Gözlənilən heyət): Petr Çex, Sead Kolaşinats, Loran Koselny, Sokratis Papastatopulos, Şkodran Mustafi, Enzli Meytlend-Naylz, Qranit Caka , Lukas Torreyra, Pyer-Emerik Obameyanq, Mesut Özil, Aleksandr Lyakezett.

Hakimlər: Canluka Rokki, Filippo Meli, Lorentso Manqanelli, Daniel Orsato (İtaliya).
 
Bakı Olimpiya Stadionu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook