SON XƏBƏR

Bu il Çin iqtisadi gücünə görə avrozonanı geridə qoyacaq

Mart 09
12:23 2018
Bu il Çində 13,2 trln. ABŞ dolları dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcək və Yaxın Şərq ölkəsi iqtisadiyyatının dəyəri 12,8 trln. dollar olması gözlənilən avrozonanın geridə qoyacaq.
"Report" xəbər verir ki, bu proqnozla "Bloomberg" agentliyi çıxış edib.
Agentliyin hazırladığı hesabatda bildirilir ki, 2017-ci ildə avrozona iqtisadiyyatı Çin iqtisadiyyatından 200 mlrd. dollara yaxın üstün olub. "Standard Chartered" bankının Sinqapur ofisinin baş iqtisadçısı Devid Man (David Mann) bildirib ki, 2018-ci ilin yekununda Çin avrozonanı üstələyəcək və bu üstünlüyü lində saxlayacaq: "İqtisadi sistem, institutsional infrastruktur, təhsil və fiziki infrastruktur Asiya regionunun üstünlüyünü əks etdirir".
Analitiklərin fikrincə, 2020-ci ilə qədər Çində iqtisadi artım tempi illik 6%-dən aşağı olmayacaq. 2020-ci ildən sonra isə 5-5,5% təşkil edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook