SON XƏBƏR

“Bu şəhərlər uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub” - Arestoviç

İyun 23
14:59 2022
Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub.

APA CNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç ölkənin milli telekanalına açıqlamasında deyib.

"Bu mərhələ hərbi nöqteyi-nəzərdən olduqca dəhşətli görünür”, - o vurğulayıb.

Arestoviç hazırkı vəziyyəti "boksun 18-ci raundu”na bənzədib.

"Ora iki artilleriya batalyonu göndərən istənilən tərəf döyüşdə qalib gələcək. Gəlin görək, kim göndərəcək. Kimin (bu batalyonları) var. Bunu hər iki tərəfdən də yalnız hərbi komandanlıq bilir”, - Prezidentin müşaviri əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook