SON XƏBƏR

Bu şəxslər dövlət hesabına vəkillə təmin ediləcək

İyul 17
00:09 2021
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə bağlı fərman imzalayıb.

Sənəddə mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik nəzərdə tutulub.

Nazirlər Kabineti mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə onlara dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair təklifləri üç ay müddətində Prezidentə təqdim etməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook