SON XƏBƏR

Üç yüz otuz doqquz min dollara ada evi

May 26
02:56 2022
ABŞ-ın Men ştatında özəl bir ada əlavə tikili ilə birlikdə satılır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 6 min kvadratmetr sahəyə malik adanın qiyməti cəmi 339 min dollardır.

Ev su basmamaq üçün sudan kifayət qədər məsafədə yerləşir. Evin özü sütunlar üzərində dayandığından onu sudan xilas edir.

Adada hava şəraitinə görə qış aylarında yaşamaq heç də təhlükəsiz deyil. Burada əsasən may-oktyabr aylarında məskən salmaq tövsiyə olunur.

Amerika standartlarına görə, evin qiyməti o qədər də bahalı sayılmır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook