SON XƏBƏR

Daha 4 məktəb koronavirusa görə bağlandı

Aprel 12
16:07 2021
Ağdaşda dörd orta məktəb distant təhsilə cəlb olunub.

Aprelin 12-də verilən məlumata görə, rayonun Aşağı Nemətabad, Orta Ləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin hər birində 1 müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxıb.

Bu səsəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesi distant təhsilə keçirilməsinə qərar verilib. 

Məktəb rəhbəliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. 

Hazırda adı çəkilən məktəblərdə dərslər distant şəkildə davam etdirilir.

2020-2021 ci tədris ili üzrə rayonun təhsil müəssisələrində 45 şagird və 20 müəllim COVİD-19 infeksiyasına yoluxub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook