SON XƏBƏR

"Dəmir Yolları"na 1 milyard dollara yaxın vəsait cəlb edən şirkətin Azərbaycan filialı bağlanır

Sentyabr 13
13:37 2021
"Wings and Freeman Capital” MMC-nin Azərbaycan filialı ləğv olunur.

Ölkə.Az-ın məlumatına görə, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 13A, Xətai İş Mərkəzi 12-ci mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Gürcüstan mərkəzli "Wings and Freeman Capital” şirkəti maliyyə cəlb edilməsində kiçik və orta sahibkarlara kömək etməklə məsləhət xidmətini həyata keçirir.

Şirkətin saytında qeyd olunan məlumata görə, "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə maliyyə cəlb edilməsi ilə bağlı QSC-yə məsləhət xidməti göstərib. Belə ki, ADY-nin körpü təsisatı ilə bağlı 150 mln ABŞ dolları dövriyyə kapitalı ilə təmin olunması və QSC üçün 750 mln dollarlıq avrobond emissiyası proqramının işə salınmasında məsləhətçi xidməti göstərib.

Xatırladaq ki, şirkətin Azərbaycan filialı 2014-cü ildə yaradılıb və qanuni təmsilçisi Karlo Goginava-dır.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook