SON XƏBƏR

Deputat parlamentdə 9 saylı "MERO"nu ittiham etdi

İyun 10
12:16 2021
Deputat Müşfiq Cəfərov sürücülük vəsiqələrinin alınmasında rüşvət hallarının olduğunu açıqlayıb.

Tia.az xəbər verir ki, parlamentin üzvü xüsusən Gəncədə 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində baş verən rüşvətxorluqdan danışıb.
M.Cəfərov iddia edib ki, sürücülük vəsiqəsi üçün 104 manat dövlət rüsumu tələb olunduğu halda həmin şöbədə 1000 manat istənilir.

Görünür, Gəncədə 9 saylı "MERO”da böyük bir "prava” bazar açılıb ki, hətta deputat dilə gəlib. Çünki M.Cəfərov ağır ittiham səsləndirib.

Hər halda millət vəkilinin bu çıxışından sonra mütləq şəkildə sözügedən şöbədə araşdırma aparılacaq, əgər belə hallar mövcuddursa, ciddi tədbir görüləcək.

Bundan əlavə, deputatın açıqlamasının ardınca aktuallıq kəsb etdiyi üçün 9 saylı "MERO” ilə bağlı internet üzərindən araşdırma apardıq.

Məlum oldu ki, mətbuatda bu şöbə ilə bağlı şikayətlər var. Məsələn, bir müddət əvvəl qardaşı şəhid olan, özü I qrup əlil İskəndərov İskəndər İslam oğlu deyib ki, Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində sürücülük vəsiqəsini qanuni yolla almaq olmur.

Onun sözlərinə görə, 1200 manatdan aşağı sürücülük vəsiqəsini almaq olmaz. Şəhid qardaşı deyib ki, 900 manata razılaşmayıblar.

KİV-də gedən xəbərlərə görə, Göygöl, Samux, Daşkəsən, Naftalan rayonları da daxil olmaqla 5 regiondan imtahana gələn və kəsilən vətəndaşlar "MERO” rəisi və adamlarıyla danışıqlar aparmağa başlayır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook