SON XƏBƏR

Deputat polisi bu restoranda döyüb (FOTOLAR)

İyul 30
13:23 2021
Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polis əməkdaşı Zaur Mirəzyevi hansı restoranda döyməsi məlum olub.

Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, hadisə Xaçmaz rayonunun Bakı prospektində yerləşən "Starıy dvor” restoranında baş verib. Həmin restoran Xaçmaz rayon maliyyə idarəsinin rəisi Nizami Həsənova məxsusdur.

Hadisənin bəzi detalları da məlum olub. "İndi restoranlar saat gecə saat 12-yə qədər fəaliyyət göstərir. Polislər o cümlədən Zaur Mirəzyev hadisədən bir neçə gün əvvəl restoran rəhbrəliyinə obyekti 12-dən sonra işlətməmək barədə xəbərdarlıq ediblər. Bundan sonra Eldəniz Səlimov ZauR Mirəzyevə zəng vuraraq onu restorana çağırıb və döyüb”, - deyə Xaçmazdakı mənbə bildirib. 

Məlumata görə, Zaur Mirəzyev ağır xəsarətlər alıb. "Eldəniz Səlimov güclü zərbəsindən sonra qulağından qan açılıb. İndi məlum olur ki, qulağının pərdəsi cırılıb. Həmin qulağı ilə eşitmir”, - deyə qaynağımız əlavə edib. 
 

 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook