SON XƏBƏR

Deputat: “Rusiya sülhməramlıları Azərbaycan ərazisindən çıxarılmalıdır”

May 24
14:28 2022
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində rus klassik və alimlərinə heykəllərin qoyulması "dəbə” minib. Qeyd edək ki, bu günə qədər 12 heykəl qoyulub. Bəs, bu cür təbliğatın qarşısı necə alınmalıdır?

Suallımızı cavablandıran Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, ermənilərin və rusların birlikdə müxtəlif heykəllər qoyduğu ərazilər, qeyri-qanuni addım atdıqları digər ərazilər hələlik müvəqqəti olaraq Azərbaycanın nəzarətində deyil. 

"Həmin ərazilər hələlik heç bir beynəlxalq qurum tərəfindən sülhməramlılıq mandatı verilməyən və özlərini sülhməramlı adlandıran Rusiya hərbi kontingentinin nəzarətindədir. Və Azərbaycan qanunlarını orada pozaraq bu cür qeyri-qanuni addımlar atırlar.

Təbii ki, bu cür əməllər Azərbaycan qanunlarına ziddir və Azərbaycanın bütövlüyünə təhdiddir. Hesab edirəm ki, Azərbaycan dövləti işğalda olan digər əraziləri necə ki, 44 günlük Vətən müharibəsi ilə azad etdi, eləcə də, 30 ildən artıq bir müddətdə fəaliyyət göstərən, 1991-ci ilin sentyabr ayında cinayətkarlar, terrorçular tərəfindən yaradılan və "Arsax” adlandırılan həmin qurum məhv olmalıdır. Və orada fəaliyyət göstərənlər Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Ya onlar məhv olmalıdırlar, yaxud da Azərbaycan ərazisini birdəfəlik tərk etməlidirlər. Hesab edirəm ki, onlar hökməm Azərbaycanın müvafiq hüquq mühafizə orqanları tərəfindən həbs olunmalı və cəzalarına çatdırılmaldırlar”.

"Eyni zamanda, onlara həmrəy olan, onlarla əməkdaşlıq edən, himayədarlıq, müdafiə edən Rusiya dövlətinə məxsus sülhməramlı hərbi kontingenti də Azərbaycan ərazisindən çıxarılmalıdır. Nə qədər ki, o hərbi kontingent Azərbaycanın ərazisindədir, onlar Azərbaycan qanunlarını pozmağa davam edəcəklər. Nə qədər ki, bunlar Azərbaycan ərazisindən çıxarılmayıblar qeyri-qanuni hərəkətlər də olacaq, təxribatlar da olacaq. Onlardan daha təhlükəli terror və başqa hərəkətlər də gözləmək olar”- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook