SON XƏBƏR

Direktor: “Rus soyad sonluqlarından qurtarmaq lazımdır”

Yanvar 21
12:18 2022
"Zaman keçir, rus soyad sonluqlarından qurtarmaq lazımdır”.

Bunu APA-ya müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib. O bildirib ki, hər millətin öz atributları var: 

"Soyad sonluqlarından dərhal hiss olunur ki, həmin şəxs hansı millətdəndir. Problemin həll olunmamasının bir səbəbi də Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbəsindəki şəxslərin rüşvətxorluğudur. Dəyişiklik üçün yalnız "Doğum haqqında şəhadətnamə” təqdim edirsiz. Bu məsələ diqqətdən yayınmamalıdır. Bundan başqa insanlarda da tərpəniş olmalı, təbliğat aparılmalıdır. Son zamanlar milliləşmə prosesi durğunlaşıb. Əslində bunun üçün rüsum da lazım deyil. Bəzi şeylərə rüsum tətbiq olunmamalıdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook