SON XƏBƏR

Dünyanın ən varlı futbolçusu klubsuz qaldı

Avqust 15
20:11 2020
Bruneyli futbolçu Faik Bolkiax İngiltərə "Lester"indən ayrılıb.

"Report" "Transfermarkt" nəşrinə istinadən xəbər verir ki, müqaviləsi başa çatan 22 yaşlı yarımmüdafiəçi klubsuz qalıb.

2016-cı ildə Premyer Liqa təmsilçisinə keçən gənc oyunçu əsas komandada meydana çıxmayıb. O, gənclər liqasının oyunlarında forma geyinib.

Qeyd edək ki, KİV Bolkiaxı dünyanın ən zəngin futbolçusu hesab edir. O, Bruney sultanı Hassanal Bolkiaxın qardaşı oğludur. Ailənin ümumi sərvəti 20 milyard ABŞ dollarıdır. Bu, sonda məhz sözügedən futbolçuya miras qalacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook