SON XƏBƏR

Dünyanın ən yaxşı universitetlərinin yeni reytinqi

İyun 09
11:28 2021
"QS World University Rankings” beynəlxalq reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin yeni reytinqini açıqlayıb.

Qlobal.az "Report”a istinadən xəbər verir ki, reytinqə üç ali məktəb - Massaçusets Texnologiya İnstitutu, Oksford və Stenford Universitetləri liderlik edir.

Reytinqdə Azərbaycanın cəmi iki universiteti yer alıb. Belə ki, siyahıda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) adı var.

Rusiyadan 48, Türkiyədən 10, İrandan 6, Gürcüstanın isə yalnız 1 universitet bu siyahıya düşə bilib. Reytinq siyahısında Ermənistanın ali təhsil ocaqları yer almayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook