SON XƏBƏR

Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

May 13
10:15 2022
Tacikistanın paytaxtı Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

"Report” xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov toplantıda iştirak edir.

İclasın gündəliyinə 9 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. Beynəlxalq aktual məsələlər üzrə fikir mübadiləsi və MDB-də formatında əməkdaşlıq;
 
2. MDB XİN başçıları Şurasının növbəti iclasının keçirilməsi;
 
3. ”MDB-nin gənclər paytaxtı” beynəlxalq layihəsi haqqında;
 
4. 2021-ci ildə MDB çərçivəsində xarici işlər nazirlərinin çoxsəviyyəli məsləhətləşmələrinin reallaşması haqqında;
 
5. MDB-yə üzv ölkələrin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşması üzrə 2021-ci ilə qədər "Tədbirlər Planını”na reallaşması haqqında;
 
6. MDB-yə üzv dövlətlərin notariat fəaliyyəti sahəsinin təşkilinin əsasları haqqında;
 
7. MDB-də turizmin təşkilinin əsasları haqqında;
 
8. MDB-də fundamental tədqiqatların prioritet istiqamətləri üzrə perspektivli elmi layihələrin siyahısının layihəsi;
 
9. MDB-nin fərqlənmə nişanı ilə təltiflər haqqında.

Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası ənənəvi olaraq ildə iki dəfə keçirilir. Bu il üzrə növbəti toplantı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Quruma bu il Qazaxıstan sədrlik edir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook