SON XƏBƏR

Ekspert deputata “cibutat” dedi

May 24
10:40 2021
Təhsil eksperti Elçin Əfəndi ilə deputat Etibar Əliyev arasında qalmaqal yaranıb. 

Pravda.az-ın xəbərinə görə, buna səbəb E.Əfəndinin deputatı "cibutat” adlandırması olub. 

Etibar Əliyev deyib ki, Elçin Əfəndi təhsilin əlifbasını belə, bilmir: 

"Özünü təhsil eksperti adlandıran Elçin Əfəndi təhsilin əlifbasını belə, bilmir. İşi - peşəsi təhsil sahəsində böyük işlər görən adamları məqsədli şəkildə ləkələməkdir. Əziz valideynlər, özünüzü belə savadsız və avantürist adamın məsləhətlərindən qoruyun. Adam "kontent” anlayışını "kontingent” anlayışı ilə səhv salacaq qədər savadsızdır. Belə savadsız avantüristi rədd edin. Psixi problemi də var. Maraq naminə bir neçə çıxışına baxdım. Kollec tələbəsi səviyyəsindən aşağı təəssürat yaratdı”.

E.Əliyevin bu açıqlaması sosial şəbəkədə müzakirələrə səbəb olub, deputat tənqid edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook