SON XƏBƏR

Elşad Nuriyev bu agentliyə rəhbər gətirildi

İyun 16
16:30 2022
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Elşad Nuriyev təyinat alıb.

Qeyd edək ki, o, agentliyin İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Bu təyinata qədər Elşad Nuriyev "Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə rəhbərlik edib. Elşad Nuriyev "bp Azərbaycan”da, "Azpetrol”da və ADA Universitetində çalışıb, müxtəlif kənd təsərrüfatı və sənaye holdinqlərində rəhbər vəzifələrdə işləyib.

Qeyd edək ki, bu gün İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinatlar olub.

Belə ki, Rəvayət Mustafayev agentlik sədrinin birinci müavini təyin olunub. O bundan əvvəl "Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini işləyib.

Elxan Şiriyev də agentlik sədrinin müavini təyin edilib. O, 2012-ci ildən "Sumqayıt Kimya Sənaye Parkı” MMC-də müxtəlif vəzifələrdə çalışıb və 2019-cu ildən "Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini vəzifəsini icra edib.

Zamir Dibirov agentlik sədrinin müavini təyin edilib. O bundan əvvəl "Sumqayıt Kimya Sənaye Parkı” MMC-də Aqroparklarla iş departamentinin müdiri, "Aqrar Tədarük və Təchizat” ASC-də müdir müavini vəzifələrində çalışıb.

Eyni zamanda, Fuad Məhərrəmov agentlik sədrinin müavini təyin edilib.Fuad Məhərrəmov bu təyinata qədər "Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini, "Azərbaycan İnvestisiya Şirkəti” QSC-də icraçı direktorun müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən altı sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), dörd sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir. Bundan başqa, agentliyin nəzdində Peşə Təhsil Mərkəzi də fəaliyyət göstərir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook