SON XƏBƏR

Əmək Müfəttişliyi Xidməti STP-də yoxlamalara başladı - İşçilərlə qul kimi davranıldığı deyilir

İyul 25
09:34 2022
Dövlət Əmək Müfəttişliyi Xidməti "Sumqayıt Texnologiyalar Parkı"nda (STP) yoxlamara başlayıb. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə Əmək Müfəttişliyi Xidmətinin STP-də yoxlamalara başlamasına səbəb burada çalışan işçilərin bəzilərinin haqlarının pozulması,  əmək qanunvericiliyinin düzgün yerinə yetirilməməsidir. 
 
Yoxlamaların Metaləritmə, Tezniki Qazlar, Sendviç Panelləri və Qaynaq Quraşdırma zavodlarında aparıldığı bildirilir. Bu zavodlarda çalışan işçilərin ağır şərtlər altında işlədiyi, onların təhlükəsizlik və sağlamlıqlarının qorunmadığı deyilir. 
 
Qeyd edək ki, STP-də ümumilikdə 2000-ə yaxın işçi çalışır. 
 
Xatırladaq ki, bir müddət əvvəl STP rəhbərliyinin qanunsuz əməllərindən dövlət başçısına şikayət edən bir qrup şəxsin zavod rəhbərliyi tərəfindən polislə hədələndiyi bildirilirdi.
 
İşçilər dövlət başçısına ünvanladıqları şikayətdə STP-də işçilərlə əmək münasibətləri Azərbaycan qanunvericiliyi ilə deyil, rəhbərliyin qoyduğu şərtlərlə tənzimlədiyini yazırdılar. 
 
Dövlət Əmək Müfəttişliyi Xidmətindən və "Sumqayıt Texnologiyalar Parkı"ndan məsələyə münasibət öyrənə bilmədik.
 
Qarşı tərəf mövqe bildirə bilər. 
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook