SON XƏBƏR

Ərdoğan: "İran İsraillə əlaqələrinə görə Azərbaycanı hədəf seçə bilməz"

Oktyabr 21
15:26 2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib.

Qlobal.az xəbər verir ki, dövlət başçısı Afrikadan qayıdarkən jurnalistlərin bununla bağlı sualını cavablandırıb.

"Mən şəxsən İranla Azərbaycan arasında hərbi qarşıdurmanın olacağına inanmıram. İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf seçə bilməz. Çünki bu gün İranda yaşayan azərbaycanlılarının sayı göz qabağındadır. Bu təbii ki, düşündürür. O qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək", - dövlət başçısı vurğulayıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook