Ərdoğan İranın XİN başçısı ilə görüşüb
İyun 28
02:40
2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianı qəbul edib.
Bu barədə "Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Dövlət başçısının XİN rəhbəri ilə görüşü mətbuata qapalı olub.
Danışıqların təfərrüatı açıqlanmır.