Ərdoğan Türkmənistana səfər edəcək
Noyabr 27
11:46
2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər edəcək.
APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi məlumata görə, səfər zamanı R.T.Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanda keçiriləcək Zirvə görüşündə iştirak edəcək, həmçinin, noyabrın 27-28-də Aşqabadda baş tutacaq Türkiyə-Türkmənistan əlaqələrinin müzakirəsinə dair toplantıya qatılacaq.
Bildirilib ki, səfər çərçivəsində Türkiyə-Türkmənistan əlaqələrinin bütün aspektləri və əlaqələrin müxtəlif sahələrdə daha inkişaf etdirilməsi müzakirə ediləcək, regional məsələlər haqqında fikir mübadiləsi aparılacaq.
Bundan başqa, R.T.Ərdoğan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə İƏT-in "Birlikdə gələcəyə” mövzusunda 15-ci Liderlər Zirvə toplantısına qatılacaq.
Toplantı çərçivəsində Türkiyənin təsisçi üzvü olduğu İƏT-in fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət və nəqliyyat şəbəkələrinin genişləndirilməsi, itkilərlə mübarizə kontekstində təşkilat çərçivəsində koordinasiya və əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. COVİD-19 pandemiyası və pandemiyadan sonrakı dövrə hazırlıq, eləcə də gələcək iqtisadi əməkdaşlığın gücləndirilməsi haqqında müzakirə aparılacaq.
Türkiyə Prezidenti İƏT-ə sədrliyi Türkmənistan Prezidentinə təhvil verəcək. R.T.Ərdoğanın səfəri çərçivəsində İƏT-də iştirak edəcək dövlət başçıları ilə ikitərəli görüşü də nəzərdə tutulub.