SON XƏBƏR

Ermənistan rəsmisi "dəhliz" məsələsində mövqelərini açıqladı

Dekabr 01
13:33 2021
"Bölgədə hər hansı yolun açılacağı təqdirdə dəmir yolları və avtomobil yolları Ermənistanın nəarətində qalacaq". 
 
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan-Türkiyə tərəflərinin Zangezur dəhlizi ilə bağlı açıqlamalarını şərh edərkən bildirib. 

Baş nazirin müavini dəmir yolu marşrutlarının dəqiqləşdirilməsi ilə bağlı Ermənistan, Rusiya və Azərbaycan arasında yaradılmış üçtərəfli işçi qrupunun müzakirələrinin detallarını da diqqətə çatdırıb.
 
"Bir daha təsdiq edirəm ki, kommunikasiyaların blokdan çıxarılması prosesi heç bir  ekstraterritorial dəhlizin təmin edilməsini nəzərdə tutmur. Mən bir daha təsdiq edirəm ki, yolların açılacağı təqdirdə həm dəmir yolu, həm də avtomobil yolları Ermənistanın tam nəzarətində və suverenliyi altında fəaliyyət göstərəcək”. 

Onun sözlərinə görə, dəmir yolu kommunikasiyalarının açılışı kontekstində hazırda yalnız Sovet İttifaqı dövründə olan dəmir yollarının bərpası və istismar növbəsi  məsələləri müzakirə olunur. Konkret avtomobil yolları və təhlükəsizliyin təşkili ilə bağlı məsələlər hələ də araşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook