SON XƏBƏR

Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizm aktları ilə bağlı sayt yaradılıb

İyul 06
10:05 2022
İşğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı heritage.gov.az saytı yaradılıb.

"Report"un məlumatına görə, saytı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hazırlayıb.

Saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

İyunun 7-də saytın təqdimat mərasimi keçiriləcək.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook