SON XƏBƏR

“Əsas məsələ erməni əsirlərin qaytarılmasıdır” - Ara Ayvazyan

May 06
16:13 2021
"Əsas məsələ Azərbaycandakı əsirlərin qaytarılmasıdır”.

"Armenpress” xəbər verir ki, bunu İrəvanda Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirilən görüşdə onun erməni vəzifədaşı Ara Ayvazyan bildirib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ayvazyan çıxışında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vasitəçilik formatına sahib olan Rusiya, Fransa və ABŞ-ın təmsil etdiyi ATƏT-in Minsk qrupu həmsədrləri "üçlüyü”nün himayəsi altında keçirilməlidir.

Nazir əlavə edib: "Ən vacib məsələ Azərbaycanın bütün hərbi əsirlərin və həbs edilmiş şəxslərin geri qaytarılmasını təmin etməsidir. Bu vəzifə ən qısa müddətdə həll olunmalıdır”. /Yenisabah.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook