SON XƏBƏR

Əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular

May 10
18:29 2021
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Qarabağ müharibəsində öldürülmüş erməni hərbçilərin qəbrini ziyarət zamanı etirazla qarşılanıb.

Qaynarinfo xəbər verir ki, ölmüş erməni hərbçilərin valideynləri R. Koçaryana kəskin etiraz edib, onun qəbiristanlığı tərk etməsini istəyiblər.

Hərbçilərdən birinin anası eks-prezidentin ünvanına kəskin ittihamlar səsləndirib, onu və Ermənistana rəhbərlik etmiş digər şəxsləri oğlunun ölümündə, ölkənitalamaqda günahlandırıb.

R. Koçaryan və onu müşayiət edənlər pərt vəziyyətdən ərazidən uzaqlaşıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook