SON XƏBƏR
  • Gürcüstan buğda və arpa ixracına qadağa qoyubBu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub. "Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq...
  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubİyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçida..
  • Yaponiya Rusiyadan qaz almağa davam edəcəkYaponiyanın Rusiya qazından imtina etməsi ölkənin energetika sənayesindəki ağır vəziyyətə görə çətin olacaq. "Report” xəbər verir ki, bu barədə "Financial Times”a Yaponiyanın Mitsui O.S.K. Lines..
  • Tramp qayıdırRespublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildəki prezident seçkiləri kampaniyasına başlayacağını tezliklə elan etmək niyyətindədir. Məlumata görə, bu barədə bəy..
  • İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcəkİsveçrənin cənubundakı Luqanoda Ukrayna ilə bağlı bazar ertəsi açılacaq konfrans öncəsi hazırlıqlar gedir. Onlarla ölkənin və beynəlxalq təşkilatların rəhbərləri ölkənin müharibədən sonrakı bərpası..
  • Rusiya Xəzər dənizinə 11 milyon kütüm buraxıbRusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə "Report” "TASS”a istinadən xəbər veirr. Bildirilib ki, balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib..
  • Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıbÇimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. Qlobal.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçmə mərhələ..
  • “Universal Pictures” Rusiyanı tərk edir​"Universal Pictures” kino şirkəti Rusiya ofisini bağlayacaq və ölkəni tərk edəcək. Bu barədə "Bulletin of the Film Distributor” portalına məlumat verilib. Nəşr şirkətdəki mənbəyə istinadən qe..
  • Natəvan Quliyeva Latviyada konsertlə çıxış edibAzərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepayadakı Müqəddəs Üçlük Kafedralında ölkəmizin istedadlı orqan ifaçısı Natəvan Quliyevanın konserti keçirilib. Natəvan Quliyeva görkəmli bəst..
  • İstanbulda meşələrə giriş qadağan edilibTürkiyənin İstanbul şəhərində baş verən yanğınlar səbəbindən meşələrə giriş qadağan edilib. "Report” xəbər verir ki, bu barədə İstanbul Valisi Ali Yerlikaya məlumat verib.   Qeyd olunub k..

Fazil Mustafadan “Georgi lenti” ilə bağlı SƏRT SÖZLƏR: “Onu ölkəyə hansı məqsədlə gətiriblər”

May 08
23:14 2022
Bakının 164 saylı rusdilli məktəbində aşağı sinif şagirdlərinin yaxasına "Georgi lenti” yapışdırılaraq 9 may – Qələbə günü tədbiri keçirilib. Qeyd edək ki, "Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab olunur. Tədbir tapşırığını verən məktəbin direktoru Kəmalə Qədirova olub.

Bizim.Media xəbər verir ki, "Georgi lenti” bu gün bir sıra postsovet ölkələrində, Latviya, Litva, Estoniya və Moldovada qadağan olunub.

Baş vermiş hadisə ilə bağlı millət vəkili Fazil Mustafa kəskin mövqe ortaya qoyub.

"Maraqlıdır, bunu yayan hansı başıboşlardır? Bunu yayan hansı müstəqilliyin mahiyyətini anlamayanlardır? Sizin xarici ölkənin hansısa medalını, hansısa bir tədbirinin, hansısa bir tarixinin, dəyər verdiyi günü və yaxud bir simvolikanı bizim Azərbaycana nə dəxli var? Yəni bu hansı əldir uzanıb məktəblərə? İşğalçılıqla bağlı tarixi hadisələr üzərindən yenidən həmin şüuru oyatmağa xidmət edən davranışı göstərməyə meylli qüvvələr hansılardır? Bunları ciddi aydınlaşdırmaq lazımdır. Əgər bunu bir məktəb direktoru edirsə, bunun heç bir məntiqi izahı yoxdur, deməli, savadsızdır, bilmir, siyasi cəhətdən yetkin deyil. Yox, bir müəllim belə hərəkət edirsə, siyasi naşılığın böyük bir nümunəsidir. Konkret olaraq belə bir fakt baş verirsə, buna ciddi reaksiya verilməlidir”.

Fazil Mustafa "Georgi lenti”nin Azərbaycanda istifadəsini sərt tənqid edib:

"Azərbaycanın simvolikasımı yoxdur, yoxsa Azərbaycanın hansısa bir dəyərimi yoxdur? Müstəqilliyə zidd ola biləcək, hər hansısa bir şəkildə bir simvolla qabartmağın kimə nə xeyiri var? Nə məqsəd güdülür?

Ona görə də bu məsələ üzərində çox ciddi bir narahatçılıq ifadə olunmalıdır. Bunun təbliğatı ilə məşğul olan qüvvələrin məqsədyönlü şəkildə ya da naşılıqdan bunu etdiyi üzə çıxarılmalıdır. Elə naşılıqdan da olsa, bu biyabırçılıqdır, məqsədyönlü şəkildə də olsa, təhlükədir”.
Millət vəkili "Georgi lenti”nin Azərbaycana haradan gəlməsi məsələsinə də şübhəli yanaşıb:

"Heç Azərbaycan əhalisinin böyük əksəriyyəti bunun nə olduğunu anlamır, bilmir. Bunu kim gündəmimizə gətirir, hansı məqsədlə gətirir, aydınlaşdırmaq lazımdır.

Məktəbdə uşaq nə anlayır "Georgi lenti” nədir?! Əksinə sən mahiyyəti barədə məlumat versən, uşaq onu tullayıb atacaq. Bu ciddi düşündürücü, narahatedici məsələdir, rəsmi şəxslər mütləq reaksiya verməlidir”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook