SON XƏBƏR

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO

İyun 20
15:29 2022
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən daxil olan müraciətdə deyilir:

"Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

Belə ki, qadağandır:

nəzərdə tutulmamış ərazilərdə çimmək;
çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
küləkli havada dənizə girmək;
çimərlikdə gecələmək,
sərxoş halda çimərlikdə olmaq;
suda kobud hərəkətlər etmək;
çimərlikdə balıq tutmaq;
xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın:
 
Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook