“Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq” - Ərdoğan

May 13
16:09
2022
"Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq”.
"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"Çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz”, - dövlət başçısı bildirib.
R.T.Ərdoğan deyib ki, Skandinaviya ölkələri terror təşkilatlarının yuvasına çevrilib: "PKK-sı, DHKP-C-si İsveçdə, Niderlandda da yuva salıb. Hətta oraların parlamentlərində də təmsil olunurlar. Bu baxımdan onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”.
Dövlət başçısı rəsmi Ankaranın Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün göstərdiyi cəhdlərdən də danışıb: "Rusiya və Ukrayna prezidentlərinə müharibənin dayandırılması ilə bağlı çağırışlar edirəm. Müharibənin yaxşısı yoxdur. İtkilər ortadadır. Bundan sonrakı müzakirələrimizdə də sülhlə bağlı çağırışlarımızı davam etdirəcəyik”.