SON XƏBƏR

Gənc icra başçısının dəbdəbəli villası - FOTOLAR

Sentyabr 22
01:42 2021
Azərbaycanda məmurların böyük əksəriyyətinin dəyəri on milyonlarla ölçülən biznesə, malikanələrə, obyektlərə sahib olması barədə yerli və beynəlxalq mediada dəfələrlə yazılıb. Aylıq məvacibləri 1500-2000 manat olan bu məmurların milyonluq sərvətləri dövlətdən aldıqları maaş hesabına əldə etmələri əlbəttə ki, mümkün deyil. 
 
Maraqlıdır ki, dövlət başçısı tərəfindən vəzifəyə təyin edilən yeni icra başçılarının bəziləri sərvətə, dəbdəbəli villalara görə illərlə dövlət büdcəsini korrupsiya yolu ilə talan edib özlərinə, nəvə-nəticələrinə var-dövlət toplamış "köhnə qvardiya"dan heç də geri qalmırlar. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə özünə yeni dəbdəbəli malikanə tikdirən məmurlarlardan biri də Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdur. 
 
Tahir Məmmədovun qısa zaman ərzində Şamaxı şəhərində inşa etdirdiyi villanın dəyərinin 300-400 min manat arasında olduğu deyilir. 
 
Bu villanın 5 metrə yaxın hündürlüyü olan hasarına 30-40 min manat xərc çəkildiyi deyilir. 
 
Şamaxı rayon icra Hakimiyyətinə 2018-ci ilin oktyabr ayından başçılıq edən Tahir Məmmədovun bu 3 il ərzində bu qədər sərvəti hansı yolla əldə etməsi ortaya bir sıra suallar çıxarır. 
 
Qarşı tərəf xəbərə münasibət bildirə bilər. 

Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook