SON XƏBƏR

General Qasım Süleymani Ermənistanda anıldı (VİDEO)

Yanvar 24
14:35 2022
İrəvanın Göy məscidində İslam İnqilabı Keşikçiləri Korpusunun Rodos diviziyasının komandiri general Süleymaninin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Qaynarinfo xəbər verir ki, Ermənistanda yaşayan iranlıların və erməni qonaqların iştirak etdiyi tədbirdə İranın İrəvandakı səfiri Abbas Zohuri general Süleymaninin region xalqlarını səfərbər etmək və qlobal təhlükələrə müqavimət göstərməkdəki rolundan danışıb. 

General Süleymaninin özəlliklərindən danışan natiqlər onun "müqavimət, şəhadət, fədakarlıq, mənəvi dəyərlər, sevgi və sülh ideyalarının bütün bəşəriyyətə məxsusluğunu, onun çoxsaylı ardıcıllarının olduğunu, bu ideyaların bütün dünyaya yayıldığını” qeyd ediblər. 

General Süleymaninin "ideologiyasının sərhəd tanımadığını” qeyd edən natiqlər generalın "zülmün, ədalətsizliyin və terrorla mübarizənin simvolu olduğunu” əlavə ediblər.

General Süleymani və silahdaşları 3 yanvar 2020-ci ildə ABŞ-ın Bağdad hava limanına endirdiyi hava zərbəsi nəticəsində həlak olub. Hücum əmrini ABŞ-ın keçmiş prezidenti Donald Tramp verib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook