SON XƏBƏR

General Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib

Oktyabr 27
17:39 2021
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R. Əkbərovdan 40 min manat məbləğində vəsait zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar qəbul olunub.

Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.

Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook