SON XƏBƏR

Generalın “pirotexniki biznesi” - Müsadirə olunan mallar bazarlara necə “ayaq açıb”?

Yanvar 24
16:31 2022
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi yanvarın 25-I baş tutacaq. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, prosesdə zərərçəkənlərdən Əfsəl Həsənəliyev sərbəst ifadə verəcək.

Əfsəl Həsənəliyev və digərləri Gürcüstandan pirotexniki vasitələr gətirərkən MTN əməkdaşları tərəfindən saxlanılıblar. Lakin həmin vasitələrin Azərbaycanda satışı nəzərdə tutulmayıb. Əfsəl Həsənəliyev və zərərçəkən kimi tanın digər sahibkarlar həmin malları Azərbaycandan İrana aparacaqlarmış. Buna baxmayaraq, Mövlan Şıxəliyev və işçiləri onları qaçaqmalçılıqda ittiham edərək həbslə hədələyiblər. Eyni zamanda mallarını müsadirə ediblər.

İndi aydın olur ki, müsadirə olunan mallar Azərbaycanda satılıb. Bu işin arxasında isə Mövlan Şıxəliyev və işçiləri dayanıb. Növbəti məhkəmə prosesində zərərçəkənlərin bu məsələni də məhkəmənin diqqətinə çatdıracağı gözlənilir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook