SON XƏBƏR

"Gökbey" helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər

May 26
14:04 2022
Türkiyənin "Gökbey" helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər.

Bunu APA-ya açıqlamasında Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Baş direktoru Temel Kotil deyib.

O bildirib ki, bu gün "Texnofest Azərbaycan"da nümayiş etdirilən "Gökbey" helikopterlərinin kütləvi istehsalına artıq başlanılıb: "Azərbaycana da bu helikopterlərin alınmasını təklif edirik. Tamamilə yerli istehsal olan bu helikopterlərin bəzi hissələri sonradan Azərbaycanda da hazırlana bilər. Sözügedən helikopterin hazırlanmasında təcrübəmizi də bölüşməyə hazırıq" - o qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook