SON XƏBƏR

Gürcüstan Azərbaycan və Errmənistan ilə üçtərəfli dialoq platforması olmağa hazırdır

Dekabr 02
16:36 2021
"Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq Gürcüstan Cənubi Qafqaz regionunda sülh və inkişafı təşviq edir".

"Report” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.

"Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli dialoq platformasının yaradılması üzrə yeni təşəbbüs irəli sürürük. Gürcüstan müxtəlif formalı üçtərəfli görüşlərə ev sahibi olmağa hazırdır”, - o əlavə edib.

Zalkaliani həmçinin Gürcüstanın Baş nazirinin BMT Baş Assambleyasının sentyabr ayında keçirilmiş iclası zamanı dinc qonşuluq təşəbbüsü ilə də çıxış etdiyini xatırladıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook