SON XƏBƏR

Gürcüstanda koronavirusa yoluxanların sayı milyonu ötüb

Yanvar 18
11:15 2022
Gürcüstanda son sutka ərzində daha 7 521 nəfərdə koronavirus aşkarlanıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 3 160 nəfər müalicə olunaraq sağalıb, 31 pasiyent isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 006 864 nəfərin yoluxduğu müəyyən olunub. Onların 934 667-si sağalıb, 14 512-si isə dünyasını dəyişib.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook