SON XƏBƏR

Gürcüstanda müxalif telekanalın rəhbəri həbs olunub

May 16
11:35 2022
Gürcüstanın müxalif "Mtavari arxi” televiziya kanalının təsisçisi və direktoru Nika Qvaramiya 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

N.Qvaramiya məhkəmə zalında həbs edilib. O, günahsız olduğunu bildirib.

Qeyd edək ki, N.Qvaramiya "Rustavi 2” telekanalının keçmiş baş direktorudur. O, bu teleşirkətə məxsus külli miqdarda pul vəsaitləri və əmlakın qanunsuz mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. Jurnalist 2019-cu ilin iyulunda telekanalın sahibi dəyişəndən sonra baş direktor vəzifəsindən istefa verib, avqustunda "Mtavari arxi” telekanalını təsis edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook