SON XƏBƏR

Həbib Nurməhəmmədov: "Nəriman Abbasovu bilərəkdən rəqib seçmişik"

Sentyabr 18
06:04 2021
Rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədov atası Abdullamanap Nurməhəmmədovun xatirə turnirində yeznəsi Şamil Zavurovla azərbaycanlı Nəriman Abbasov arasında keçiriləcək görüşdən gözləntilərini açıqlayıb.

"Report"un məlumatına görə, məşhur idmançı Zavurovu Abbasovla ciddi döyüşün gözlədiyini söyləyib. O, yaxın qohumu üçün belə çətin rəqibi bilərəkdən seçdiklərini vurğulayıb: "Biz qalib gəlmək niyyətindəyik. Ağır döyüş gözləyir, qəfəsi qələbə ilə tərk etmək istəyirik. Şamil indiyədək 50 döyüş keçirib, böyük təcrübəyə malikdir. 27 yaşlı Nərimanın isə UFC ilə müqavilə ərəfəsində xeyli yükləndiyini bilirəm. O, əbəs yerə kəmərini üç dəfə müdafiə etməyib. Abbasovun Zavurovla görüşdən sonra okeanın o tayına getmək istədiyini eşitmişəm. Amma Şamilin başqa planları var".

Son döyüşünü keçirəcək Zavurov isə yağlı nöqtə qoymaq və gələcəkdə sakit yaşamaq, ağır məşqlərsiz dincəlmək niyyətini ifadə edib: "Bilirəm ki, yaxşı rəqibim var. O, çempiondur. 5 raundluq döyüş asan olmayacaq. Özümüzə rəhm etmədən hazırlaşmışıq".

Qeyd edək ki, Nəriman Abbasov - Şamil Zavurov qarşılaşması bu gecə keçiriləcək. Bu, Zavurovun son döyüşü olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook