SON XƏBƏR

Həbs xəbəri yayılan generaldan Səfər Mehdiyevə MESAJ - "... geriyə yol yoxdur"

İyun 22
03:01 2022
Dövlət Təhlükəsizliyi Xidmətinin dünən keçirdiyi əməliyyat zamanı saxlanıldığı bildirilən Dövlət Gömrük Komitəsinin sədr müavini general İqbal Babayev yayılan məlumata münasibət bildirib.

"Bakupost.az"a danışan general buna görə təəssüfləndiyini deyib: "Yaxşı olar ki, belə informasiyaları yayarkən diqqətli olsunlar. Bu cür yalan xəbər yaymaqla özlərini hörmətdən salmasınlar. Media nümayəndələrinə təşəkkür edirəm ki, bu məsələlərə həssaslıqla yanaşdılar və yayılan şayiəni tirajlamadılar”.

İ.Babayev hazırda işinin başında olduğunu qeyd edib: "Mən həmişə dövlətə və dövlətçiliyə, Prezidentimizə xidmət etmişəm. Heç vaxt adımın hansısa neqativ məsələlərdə hallanmağına imkan verməmişəm və verməyəcəyəm. Hazırda işimin başındayam. İnnovasiya layihələrinin tətbiqi və idarə olunması, bu sahədə elmi yanaşmalardan istifadə edilməsi mənim peşəmdir və hazırda bu sahədə dövlətim, vətənim üçün çalışıram, nəticələri ilə də fəxr edirəm. Mən başa düşürəm ki, innovativ layihələr həmişə narahatlıq yaradır, amma geriyə yol yoxdur".

"Sonda bir məqamı qeyd etmək istərdim: istənilən sahədə peşəkarlıq insanı ucaldır, gücləndirir və özünü daha da güvənli hiss etdirir. İstər bu sahə olsun, istər jurnalistika, elm, yaxud mühəndislik, fərqi yoxdur. Bütün sahələrin mütəxəssislərinə tövsiyəm odur ki, peşəkarlıqları istiqamətində öz üzərlərində işləsinlər”, - deyə general bildirib. 

Gömrük Komitəsinə yaxın mənbə isə "Arqument.az"a deyib ki, əslində, komitə sədri Səfər Mehdiyev bu dəfə də İqbal Babayevi sıradan çıxarmaq istəyib.

O, bu informasiyalarında məqsədli yayıldığını iddia edib. 

Bildirib ki, Səfər Mehdiyev uzun müddətdir İqbal Babayevlə daxili çəkişmədədir, amma məqsədinə nail ola bilmir. 

"İqbal Babayevin "Mən başa düşürəm ki, innovativ layihələr həmişə narahatlıq yaradır, amma geriyə yol yoxdur" fikri də əslində Mehdiyevə mesaj kimi anlaşıla bilər. Çünki Babayevin komitədə və ölkə rəhbərliyinin yanında artan nüfuzu Mehdiyevi ciddi narahat edir", - deyə mənbə qeyd edib. 
 
Oxşar hadisə ilə Dövlət Gömrük Komitəsinin maliyyə şöbəsinin rəisi Natiq İmanov üzləşmişdi. 

2018-ci ilin 6 sentyabrında Səfər Mehdiyevin əmri ilə maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunan Natiq İmanov təyinatından 5 gün sonra həbs edilmişdi.

O, məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilmişdi. Hazırda da 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 

Qlobal.Az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook