SON XƏBƏR

“Heç bir şübhə yoxdur ki, Ukrayna bu müharibədə qalib gələcək” – Bolqarıstanın Baş naziri

Aprel 29
16:56 2022
Bolqarıstanın Baş naziri Kirill Petkov əmindir ki, Ukrayna Rusiyanın başladığı müharibəni udacaq.

UNİAN-ın müxbiri xəbər verir ki, bu barədə Petkov Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə keçirdiyi birgə brifinqdə deyib.

Bolqarıstan hökumətinin başçısı Ukrayna hakimiyyətinə təkcə Ukrayna üçün yox, həm də bütün azad dünya üçün göstərdiyi liderliyə görə, təşəkkür edib.

«Ukrayna bu müharibəni udacaq. Və bütün demokratik ölkələr sizin tərəfinizdə dayanacaqlar. Mənim fikrimcə, heç bir şübhə yoxdur ki, bu, baş tutacaq yeganə nəticə olacaq» - Petkov bəyan edib.

Bu zaman Bolqarıstan hökumətinin başçısı qeyd edib ki, Rusiya Ukraynada mülki əhaliyə qaşı müharibəyə başlayıb, xüsusi hərbi əməliyyata yox.

O, deyib ki, Ukraynada müharibənin nəticələrini gözləri ilə görmək əhəmiyyətli olub. «Mən, təsirləndim, görəndə ki, yaşayış evləri kiçik cəmiyyətdə bombardmana məruz qalır, hansı ki, yaxınlığında hərbçilər olmur. Mənim gördüyüm ən təsirli mənzərə - yaşayış evinin uçuqları altında qalmış uşaq oyuncağı oldu, hası ki, bu evi Rusiya raketi dağıtmışdı. Ona görə mən deyə bilmərəm ki, bu, hərbi əməliyyatdır və ya xüsusi əməliyyat - bu, mülki əhaliyə qarşı müharibədir» - Petkov deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook