SON XƏBƏR

Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək

Avqust 19
13:15 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayında Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook