SON XƏBƏR

Heydərovun imperiyası çökür? - Londonda daha bir şirkət bağlanır – FOTOFAKT

İyun 29
17:41 2021
11 il əvvəl – 26 iyul 2010-cu il tarixində Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan "Uei Restaurants Limited” adlı şirkət ləğv olunur.

Qlobal.az yeniavaz-a istinadən xəbər verir ki, ləğv olunma ilə bağlı müraciət İngiltərənin müvafiq dövlət qurumlarında qeydə alınıb və hazırda ləğvetmə prosesi gedir.

Məlumat üçün bildirək ki, "Uei Restaurants Limited” təsis olunan zaman şirkətə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları – Tale və Nicat Heydərovlar rəhbərlik edib. Tale Heydərov 26 iyun 2010 – 31 yanvar 2012-ci illərdə, Nicat Heydərov isə 16 iyun 2010 – 5 fevral 2015-ci il tarixlərinə kimi şirkətin direktoru olublar.

Onu da qeyd edək ki, Londonda qeydiyyatdan keçən və Tale və Nicat Heydərov qardaşlarının vaxtı ilə rəhbərlik şirkətlərin əksəriyyəti ya ləğv olunub, ya da ləğv olunma mərhələsindədir. Hazırda Heydərov qardaşlarının vaxtı ilə rəhbərlik etdiyi yalnız bir şirkətin – "United Enterprises İnternational limited” aktiv olduğu qeyd olunur.

Londonda qeydiyyatdan keçən və Tale və Nicat Heydərov qardaşlarının rəhbərlik etdikləri şirkətlər bunlar olub:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook