SON XƏBƏR

Hulusi Akar Egey dənizinin şimalında “F-16” ilə uçuş etdi

Sentyabr 02
15:06 2022
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey dənizinin şimalında "F-16” ilə özəl uçuş edib.

Qlobal.az xəbər verir ki, məlumatı "Hurriyet” yayıb.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Egeylə bağlı vəziyyət yenə gərginləşib. Hulusi Akar sentyabrın 2-də "Uçuş təhsili ilinin açılış mərasimi"ndəki çıxışında Yunanıstanın davranışını tənqid edib: ”Yunanıstanın özündənrazı, utanmaz davranışına hər zaman, hər yerdə cavab vermişik və bundan sonra da verəcəyik”.

Türkiyə təyyarələrinin S-300 hava hücumundan müdafiə sistemi ilə sıxışdırıldığına toxunan nazir NATO və üçüncü ölkələrin obyektiv olmasını gözlədiklərini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook