Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Müşahidə Şurasının tərkibi təsdiqlənib - SİYAHI
May 20
17:20
2022
Prezident İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibini təsdiqləyib.
Sərəncamla publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiqlənib:
Müşahidə Şurasının sədri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Müşahidə Şurasının üzvləri
Humay Əfəndiyeva – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Xalid Qasımlı – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri
Fərid Hacıyev – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.