SON XƏBƏR

Hüquqşünas: “Əks halda, Muxtar Babayevin məsuliyyətə cəlb olunması tələb edilməlidir”

Mart 26
03:50 2021
"Hər bir xalqın savadı, mədəniyyəti onun flora və faunaya münasibəti ilə ölçülür. Ən azından son bir neçə ili "Ecofront” başda olmaqla bir çox qeyri-hökümət təşkilatları, blogerlər və adi sosial şəbəkə iştirakçıları onsuz da kasad olan Azərbaycan faunasının ərəb şeyxləri tərəfindən vəhşicəsinə məhv edildiyi barədə materiallar paylaşır və həyacan təbili çalırlar. Hər dəfə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir neçə nəfərin cərimə edildiyini elan etməklə işini bitmiş sayır. Bu isə sadəcə xalqı ələ salmaq deməkdir. Ona görə ki, hamı həmin şeyxlərə ən azından yerli icra başçıları, güc strukturlarının rəhbərlərinin şərait yaratdıqlarını çox gözəl bilir. Bu günə qədər onlardan biri də nəinki cəzalandırılmayıb heç adları da çəkilməyib. Deməli, bu cinayətin başında duranlar elə onun qarşısını almalı olan vəzifəli şəxslərdir. Yəni bu xalqın nə qədər savadsızı, mədəniyyətsizi varsa, onlar vəzifə başındadırlar”.

Qlobal.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, son bir neçə gündür, yenə də ərəb şeyxlərinin vəhşiliyi bütün rakurslardan sosial şəbəkələrdə nümayiş etdirilir: "Yenə də ETSN elan edir ki, bir neçə nəfər cərimələnib. Bu qudurğan ərəbləri yox, onları himayə edənlər, onlara şərait yaradan savadsız, mədəniyyətsiz vəzifəlilər cəzalandırılmalıdır. Əks halda, hamılıqla yeni nazirin özünün məsuliyyətə cəlb olunması tələb olunmalıdır. Başqalarını bilmirəm, əgər bu cür saymazlıq davam edərsə, fəaliyyətimin önəmli hissəsini nazir Muxtar Babayevin fəaliyyətinə həsr edəcəyimə söz verirəm. Hamını da buna çağırıram. Bəlkə böyük kampaniya başlamaqla bu biabırçılığın qarşısını ala bildik. Baş verənlərin bir adı var: pula görə hər şeyimizi satmaq!”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook