SON XƏBƏR

İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı

İyun 05
12:36 2020
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb. 

"Report"un məlumatına görə, RPŞ-nın rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb. İşdən çıxarılan polis rəisinin yerinə hələlik təyinat olmayıb. 

Qeyd edək ki, E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qardaşıdır. 

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook