SON XƏBƏR

İcra başçısı tenderi dostunun oğluna verib?

İyun 20
00:13 2022
Xaçmaz rayon İcra Hakimiyyətinin 2022-ci ilin may ayının 17-də "Cari təmir işlərinin satınalınması" lotu üzrə satınalmaya yekun vurub.
 
Qlobal.az xəbər verir ki, satınalmanın məbləği 16.998 manat, qalibi isə "VM SUPPLİYER" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

Xaçmaz rayon İcra Hakimiyyətinin 2022-ci ilin may ayının 17-də "Cari təmir işlərinin satınalınması" lotu üzrə yekun vurduğu satınalmada qalib elan edilən "VM SUPPLİYER" MMC 2021-ci ilin dekabr ayının 12-də dövlət qeydiyyatına alınıb. 
 
"VM SUPPLİYER" MMC-nin hüquqi ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər ev 2, döngə ev 13 ünvanı, qanuni təmsilçisi isə Cahangirov Elbəyi Cahangir oğludur. 
 
Xaçmaz rayonunda cari təmir aparacaq "VM SUPPLİYER" MMC-nin fəaliyyət profili, müqavilə ilə çalışan işçiləri və mühəndis heyəti barədə açıq internet resurslarında hər hansı məlumat yoxdur. 
 
Əldə etdiyimiz məlumata görə qalib elan edilən "VM SUPPLİYER" MMC "Gəncə-Bazar” Açıq Səhmdar Cəmiyyətinin sahiblərindən biri olan Cahangir Cahangirova məxsusdur. 
 
Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayevin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışarkən Gəncədə iş adamı kimi tanınan Cahangir Cahangirovla dostluq münasibətlərinin olduğu iddia edilir. 
 
Məsələ ilə bağlı "VM SUPPLİYER" MMC ilə əlaqə saxlaya bilmədik. 
 
Xaçmaz rayon İcra Hakimiyyəti isə mövqe bildirmədi.
 
Cahandar Laçınlı 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook