SON XƏBƏR

İcra başçısı və Deputat qazilərlə görüşdü - FOTOLAR

İyun 12
13:03 2021
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, cernobil əlillərinin müalicə aldığı mərkəzdə onların sağlıqlarına qovuşması üçün aparılan müalicələrlə tanış olublar.

"Möcüzəli Naftalan” sanatoriyasının rəhbəri Qoca Əmiraslanov məlumat verərək bildirdi ki, mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə əsasən dərman müalicəsi deyil, reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir.

Görüş zamanı qazilər müasir tələblər səviyyəsində qurulmuş müalicə mərkəzində səhhətlərində müsbət nəticə qeydə alındığını və onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham  Əliyevə və Birinci vitse-pezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş və vurğulamışlar ki, ölkəmiz inkişaf etdikcə, onlarında sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlər genişləndirilir
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook